Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 147.651 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Solar sys.jpg
Günəş sistemiGünəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cismlərindən ibarətdir. Kiçik göy cismləri qrupuna asteroidlər, Koyper qurşağındakı cismlər, kometalar, meteorlar və planetlərarası toz daxildir.

Günəş sistemində yerləşən ilk dörd planetə daxili planetlər, digər dörd planetə isə xarici planetlər deyilir. Koyper qurşağından kənarda isə seyrək disk şəklində olduğu düşünülən Oort buludunun yerləşdiyi təxmin olunur.

Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, UranNeptundur. Bu səkkiz planetin altısının ətrafında dönən təbii peykləri vardır. Bundan başqa xarici planetlərin ətrafında dönən toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Yer planetindən başqa digər planetlərin adlarının mənşəyi YunanRoma mifologiyasındakı tanrılardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cismdir. Erida məlum olan ən böyük cırtdan planetdir. (Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Weird Tales February 1928.jpg
Ktulhunun çağırışıHovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə və ya noveletta Lavkraft qorxu janrıında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir.

Frensis Turston babasının qardaşı olan Braun Universitetinin dilşünaslıq üzrə professoru Corc Encellin 1926-cı ildə müəmmalı ölümündən sonra onun qeydlərini tapır. Qeydlər arasında "insanabənzər oktapod və əjdaha qarışığı" bir məxluqu təsvir edən barelyef də var idi. Bu barelyef rod-aylendli həvəskar heykəltəraş Uilkoks tərəfindən 1925-ci ilin mart ayında hazırlanmışdı. Heykəltəraş bu barelyefi yuxu vəziyyətində ikən hazırlanmışdı. Bu vaxtlarda Uilkoks "nəhəng bloklardan və havada uçan monolitlərdən təşkil olunmuş böyük siklop şəhərlər"dən ibarət əsrarəngiz qarabasmalar görürdü. Encell bütün dünyada kütləvi bir isteriyanın baş verdiyini öyrənir. Şəhər əhalisinin digər üzvləri də eynən bu cür qarabasmalar görürdü. Onlar əsasən rəssamlar, yazıçılar, heykəltəraşlar, memarlar və digər incəhissli ruha malik olan insanlar idi.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Leŭ Daškievič.jpg

HSCommons.svg Günün seçilmiş şəkli

Warriors of Lapland.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Ekrem İmamoğlu (cropped).jpg


Son ölümlər: Şirməmməd Hüseynov, Məhəmməd Mürsi, Mircəlal Zəki

HSDagensdatum.svg Tarixdə bu gün — 25 iyun

25 iyun: Koreya müharibəsinin başlaması, Maykl Ceksonun vəfatı
Maykl Cekson
  • 1801Qahirədəki işğalçı fransız ordusu türk ordusuna təslim olmuşdur.
  • 1861 — Sultan I Əbdülməcid vəfat etmiş, Sultan I Əbdüləziz Osmanlı imperatoru olmuşdur.
  • 1903Mariya Küri Paris Universitetinə təqdim etdiyi tezislərində radiumu kəşf etdiyini açıqlamışdır.
  • 1923Mustafa Kamal Atatürk İzmirdən millət vəkili seçilmişdir.
  • 1950 — Şimali Koreya ordusu Cənubi Koreya üzərinə hücuma keçmiş və Koreya müharibəsi başlanmışdır.
  • 1991SloveniyaXorvatiya müstəqilliklərini elan etmişlər.
  • 1993Tansu Çillər Türkiyənin ilk qadın baş naziri olmuşdur.
  • 2009Maykl Cekson vəfat etmişdir.
  • Digər günlər: 24 iyun25 iyun26 iyun

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    SBSP logo.png
    Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısıNickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.

    Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens).


    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-v2.svg Vikipediya digər dillərdə